Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.


Rekord.az xəbər verir ki, Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) yarışa 1/8 final mərhələsindən start verəcəklər.


Qadınların yarışında isə eyni mərhələdə Mədinə Kaisinova (+78 kq) Özbəkistan təmsilçisi İrişxon Qurbanbayeva ilə qarşılaşacaq.


Qeyd edək ki, Azərbaycan cüdoçuları oktyabrın 29-da start verilən turnirdə indiyə qədər 4 mükafat qazanıblar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə ediblər.