“Turan Tovuz” bu gün Misli Premyer Liqasının 10-cu turunda “Sabah”ı qəbul edib.


Rekord.az xəbər verir ki, 3:2 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı çox ağır oyun olduğunu bildirib:


“Çox maraqlı, ağır oyun oldu. Axıra yaxın təşəbbüsü əldən verdik. Qələbəyə görə çox şadam. Çempiona qarşı oyuna yaxşı köklənmişdik. Uşaqlar özlərini sübut etmək istəyirdilər. Digər tərəfdən də, son 10 dəqiqəni çıxmaq şərtilə nizam-intizamlı çıxış etdilər.


Voleybolda “Turan”ın oyunlarını izləyirəm. Onlara görə həyəcan keçirirdim. Allah eləsin ki, qarşıdakı görüşlərdə də qələbə qazansınlar. Bəli, iki gündür Tovuzda bayramdır, tovuzlu azarkeşlərə görə sevincliyəm”.