Azərbaycan Basketbol Liqasında 5-ci tura start verilir
- 14:00
- 33
Azərbaycan Basketbol Liqasında 5-ci tura bu gün start veriləcək.
Rekord.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Naxçıvan" "Ordu" ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Qeyd edək ki, 5-ci tura noyabrın 1-də yekun vurulacaq.