Djioyev finalda, Meşvildişvili üçün bürünc medal şansı
- 16:41
- 37
Azərbaycan sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal uğrunda güləşəcək.
Rekord.az xəbər verir ki, o, yarımfinalda rusiyalı Abdulla Kurbanova 0:5 hesabı ilə məğlub olub.
Azərbaycanın digər sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) isə finala yüksəlib. O, yarımfinalda gürcüstanlı Vladimir Qamkrelidzeni məğlub edib.
A.Djioyev finalda Kayl Deyklə (ABŞ) üz-üzə gələcək.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.