Kişi voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşma ilə Super Liqanın 2-ci turuna yekun vurulub 

Bu görüşdə "Murov Az Terminal" klubu "Gənclər"i sınağa çəkib. 3 set davam edən bu matçda "Murov Az Terminal" 3:0 hesabı ilə qələbə qazanıb.


Super Liqa

30 oktyabr 

II tur

   “Murov Az Terminal” – “Gənclər” 3:0 (25:08, 25:16, 25:10)