Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi başlayıb.


Rekord.az xəbər verir ki, tədbir Bakı Kristal Zalında keçirilir.


Oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutub.


Bu gün başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilib. Açılış görüşü Bakı Kristal Zalında baş tutub. Final qarşılaşmaları da bu məkanda təşkil olunur.


Bu gün, saat 18:00-da U-15 dünya çempionatının həlledici oyunu keçiriləcək. Turnirin A Divizionunun finalında İspaniya və Çexiya komandaları üz-üzə gələcəklər.


Azərbaycan millisi yarışı 84-cü pillədə başa vurub.