"Kəpəz"də itki
- 13:40
- 36
"Kəpəz" klubu sabah Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "İmişli"yə qarşı matça itki ilə çıxacaq.
Rekord.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Azuma Abubakar zədə səbəbindən sabahkı oyunda iştirak edə bilməyəcək.
Heyətdə digər zədəli və ya cəzalı futbolçu yoxdur.
"Sarı-göylər" bu gün saat 17-də baş tutacaq məşqlə "İmişli" ilə matçın hazırlığını yekunlaşdıracaq.
Xatırladaq ki, "Kəpəz" - "İmişli" görüşü sabah saat 17:30-da Gəncə şəhər stadionunda start götürəcək.