"Sabah" klubunun basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasının 2026/2027 mövsümünün 4-cü həftəsinin ən yaxşı oyunçusu seçilib.


Rekord.az xəbər verir ki, amerikalı basketbolçu azarkeşlər arasında keçirilən səsvermədə rəqiblərini geridə qoyaraq "Player of the Week" nominasiyasında qalib seçilib.


F.Fidler bu ada oktyabrın 27-də Fransanın "Nanter 92" komandası ilə qarşılaşmada nümayiş etdirdiyi parlaq oyun sayəsində namizəd olub.


Təmsilçimizin 87:80 hesablı qələbəsi ilə başa çatan görüşdə Fidler 18 xal, 5 ribaund, 5 məhsuldar ötürmə və 2 topalma ilə yadda qalıb. Basketbolçunun effektivlik göstəricisi 21 olub.