Misli Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək.


Rekord.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.


Əvvəlcə "Araz-Naxçıvan" evdə "Zirə" ilə üz-üzə gələcək. Bakı təmsilçisi 15 xalla 5-ci pillədə qərarlaşıb. 2 xala malik Naxçıvan komandası isə sonuncu - 12-cidir.


Günün son qarşılaşmasında isə "Qəbələ" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək. "Qarabağ" 18 xalla üçüncü pillədə qərarlaşıb. 7 xalı olan "Qəbələ" isə 10-cudur.


Misli Premyer Liqası


I dövrə, X tur


31 oktyabr


15:30. "Araz-Naxçıvan" – "Zirə"


Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev.


VAR: Əliyar Ağayev.


AVAR: Zeynal Zeynalov.


Hakim-inspektor: Rəhim Həsənov.


AFFA nümayəndəsi: Anar Şıxəliyev.


Şamaxı şəhər stadionu


17:30. "Qəbələ" – "Qarabağ"


Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev.


VAR: Cavid Cəlilov.


AVAR: Kamran Bayramov.


Hakim-inspektor: Ramil Diniyev.


AFFA nümayəndəsi: Elçin Mehtiyev.


Qəbələ şəhər stadionu


Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib.