Yaponiya millisinin hücumçusu Suto Matino Münhenqladbax “Borussiya”sına transfer olunub.


Rekord.az xəbər verir ki, yaponiyalı futbolçu “Borussiya” ilə müddəti 2029-cu ilin yayına qədər olan müqavilə imzalayıb.


Almaniyalılar onun üçün bonuslarla birlikdə 10 milyon avroya qədər məbləğ ödəyəcək.


25 yaşlı forvard ötən mövsüm “Holştayn Kil” klubunun heyətində çıxış edib.


Matino 2024/25 mövsümündə Bundesliqada 32 oyunda 11 qol vuraraq “Holştayn”ın ən məhsuldar oyunçusu olub. Ancaq komanda 17-ci yeri tutaraq 2-ci Bundesliqaya düşüb.