
Xızıda güllə atıcılığı üzrə çempionat keçirilib
- 11:22
- 36
Xızı rayon Heydər Əliyev Mərkəzində "15 iyun – Milli Qurtuluş Günü"nə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında güllə atıcılığı üzrə Xızı rayon çempionatı keçirilib.
Rekord.az xəbər verir ki, çempionatın keçirilməsində məqsəd rayonda "15 iyun – Milli Qurtuluş Günü”nün qeyd edilməsi, güllə atıcılığı idman növünün təbliği və müəssisə və təşkilatlarda çalışan əməkdaşların asudə vaxtının səmərəli təşkilidir.
Yarışın qalib və mükafatçıları Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunub.