Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 13-14 iyun tarixlərində Xırdalan şəhərində yerləşən “Mübariz” taekvondo idman klubunda "15 iyun-Milli Qurtuluş günü”nə həsr olunmuş kadetlər və yeniyetmələr  arasında uşu idman növü üzrə Abşeron rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birinciliyin keçirilməsində məqsəd rayonda “15 iyun - Milli Qurtuluş  günü”nün qeyd edilməsi, uşu idman növünün təbliği və inkişafı, rayon yığma komandasının komplektləşdirilməsidir.

Yarışın qalib və mükafatçıları Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunub.