Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə 26 may 2026-cı il tarixində Xırdalan şəhər, 8 nömrəli tam orta məktəbdə ümumtəhsil müəssisələri (oğlan, qız) arasında badminton idman növü üzrə Abşeron rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, məqsəd rayonda badminton idman növünün təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, uşaqlar və yeniyetmələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və kütləviliyinin təmin edilməsidir.

Qalib və mükafatçılar diplom və medallarla təltif olunub.