"Turan Tovuz"un italiyalı məşqçisi yaşanan qalmaqal haqda nə dedi?
- 13:00
- 44
"Turan Tovuz"la "Zirə" arasında keçirilən matçdan sonra yaşanan qalmaqal bir neçə gün müzakirə mövzusu oldu.
Rekord.az xəbər verir ki, qalmaqalın mərkəzində olan şəxslərdən biri də Tovuz klubunun fiziki hazırlıq üzrə məşqçisi, italiyalı Marko Kaser idi.
Onun qoldan sonra Rəşad Sadıqov tərəfə əli ilə "sus" işarəsi göstərməsi də diqqət çəkdi. Oyundan sonra isə qalmaqalın içində idi və "Turan Tovuz"un əməkdaşları onu güclə sakitləşdirdi. Baş verənlərə öz dilindən aydınlıq gətirilməsi üçün Markoya müraciət etdik. Geniş danışmaq istəməsə də, qısa fikirlərini bölüşdü: "Mənim Rəşad Sadıqovla heç bir problemim yoxdu. Heç oyundan sonra da olmadı. Sadəcə, mən tunelə yollanan zaman rəqib tərəfdən kimsə arxadan məni itələdi. Mənim etirazım da ona idi ki, niyə məni itələyirsən".