Millilərimiz Yunanıstan və Ermənistana qarşı
- 13:00
- 33
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.
Rekord.az xəbər verir ki, kişilərdən ibarət komanda 7-ci turda Yunanıstanla üz-üzə gələcək.
Qadınlar isə Ermənistandan olan rəqibləri ilə qarşılaşaşacaqlar.
Kişilərdən ibarət kollektiv 6 turdan sonra 10 xalla 12-ci, qadınlardan ibarət seçmə 10 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.