Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilə üçün “Şəfa”nın planı bəlli olub.


Rekord.az xəbər verir ki, 5 günlük istirahətdən sonra komanda bu gün səhər ilk məşqini keçirib.


Hazırlığın bir hissəsi Qəbələdə baş tutacaq.


Bu dönəmdə Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bir yoxlama oyunu keçirəcək. Okyabrın 3-də Bakıda təşkil olunacaq görüşdə “Şəfa”nın rəqibi “İmişli” olacaq.