AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda 2-ci Liqanın 4-cü turu ilə aşağıdakı qərarlar qəbul edilib:


“Şirvan”– “Şəki” oyununda “Şəki” komandasının həkimi olmadığına görə “Şəki” komandası 100 manat cərimə edilib.


“Ağdaş”– “Zəngəzur” oyununda “Ağdaş” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib.


“Ağdaş”– “Zəngəzur” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Ağdaş” komandası 200 manat cərimə edilib.


“Hypers”– “Dinamo” oyununda “Dinamo” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilib.


“Hypers”– “Dinamo” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Hypers” komandası 250 manat cərimə edilib.


“Kür-Araz”– “Difai” oyununda “Kür-Araz” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.


“Kür-Araz”– “Difai” oyununun 51-ci dəqiqəsində “Kür-Araz” komandasının 3 nömrəli futbolçusu Cavid Abbasov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb, “Kür-Araz” komandası 100 manat cərimə edilib.


“Kür-Araz”– “Difai” oyununun 51-ci dəqiqəsində “Kür-Araz” komandasının 20 nömrəli futbolçusu Sənan Həsənov hakimə təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb, “Kür-Araz” komandası 600 manat cərimə edilib.


“Kür-Araz”– “Difai” oyununda “Kür-Araz” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kür-Araz” komandası 200 manat cərimə edilib.