Azərbaycan Basketbol Federasiyasının (ABF) Hakimlər Kollegiyası ilə Azərbaycan Basketbol Liqası (ABL) klublarının nümayəndələri arasında görüş keçirilib.


Rekord.az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.


Bakı İdman Sarayında təşkil olunan tədbirdə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) oyun qaydalarındakı dəyişikliklər barədə ətraflı məlumat verilib.


Görüşdə həmçinin 2026/2027 mövsümü ilə bağlı məsələlər müzakirə olunub.