“Sumqayıt” Şirzadovu heyətinə qatdı
- 16:40
- 30
"Sumqayıt" heyətinə yeni basketbolçu cəlb edib.
Bu barədə Rekord.az-a "gənclik şəhəri" təmsilçisindən məlumat verilib.
Komanda müdafiəçi mövqeyində çıxış edən Elşad Şirzadovla 1 illik müqavilə imzalayıb.
Şirzadov ötən mövsümü "Ordu"nun heyətində keçirib. 27 yaşlı basketbolçu daha əvvəl NTD və "Gəncə" klublarında da oynayıb.
O, Azərbaycanın U-18, U-20 və əsas millisinin uğurları üçün də çalışıb.