Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında baş məşqçi təyinatı gerçəkləşib.


Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.


Klub Röyal Nəcəfovla müqavilə imzalayıb.


Anlaşmaya əsasən, mütəxəssis 2026/2027 mövsümün sonunadək bu vəzifəni icra edəcək. R.Nəcəfov bu postda Zaur Hacıyevi əvəzləyib.