
Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib
- 15:40
- 46
Respublika Velotrekində Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib.
Bu barədə Rekord.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Toplantıdan əvvəl federasiyanın prezidenti Zaur Axundov və İcraiyyə Komitəsinin üzvləri komplekslə yaxından tanış olublar.
İclas zamanı gündəlikdə olan ən vacib məsələlər üzərində müzakirələr aparılıb, bir sıra qərarlar qəbul edilib.
Əlavə olaraq qeyd etmək istərdik ki, Özbəkistanda keçirilən "Silkway Namangan" beynəlxalq turnirində bu gün yığma komandamızın iki üzvü - Artyom Proskuryakov (Skretç) və Viktoriya Sidorenko (Sprint qrup yarışı) bürünc medal qazanıblar. Yarışlar davam edir.