Vəliyevdən Dünya Seriyasında gümüş medal
- 20 Mar 2026 17:40
- 179
Azərbaycan idmançısı Əli Vəliyev İspaniyanın Barselona şəhərində keçirilən paraüzgüçülük üzrə Dünya Seriyasında uğurlu çıxışla diqqət çəkib.
Rekord.az xəbər verir ki, yeniyetmə paralimpiyaçı S10 kateqoriyasında 100 metr məsafəyə sərbəst üsulla üzməkdə 1 dəqiqə 0.41 saniyə nəticə göstərərək gümüş medal qazanıb.
Barselonada təşkil olunan Dünya Seriyasında dünyanın müxtəlif ölkələrindən güclü idmançılar çıxış edir.