Atletika millimizin üzvü Lamiyə Vəliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Atletikasının bürünc səviyyəli "UNG Meeting" yarışında bürünc medal qazanıb.


Rekord.az bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.


Vəliyeva 200 metr məsafəyə qaçışda 24.35 saniyə nəticə göstərib.