
UFC-nin iki məşhur döyüşçüsü Bakıya gələcək
- 04 İyn 2025 18:00
- 60
Mütləq Döyüş Çempionatının (UFC) super yüngül çəki dərəcəsində çempionu, gürcü idmançı Merab Dvalişvili və keçmiş yarımorta çəki çempionu, amerikalı Belal Muhammad UFC-nin Bakı turnirinin ulduz qonaqları olacaqlar.
Rekord.az xəbər verir ki, gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq.
Həmin gecənin ikinci ən vacib döyüşü isə azərbaycanlı Rafael Fiziev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.
Turnirdə Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.
Qeyd edək ki, turnir iyunun 21-də Baku Crystal Hall-da baş tutacaq.