Uels millisinn baş məşqçisi Rob Peyc DÇ-2022-nin 2-ci turunda İrana uduzduqları matç (0:2) barədə fikirlərini bölüşb.

Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssis komandasının məğlubiyyətə layiq olduğunu deyib:

"Əlbəttə, rəqib qələbəyə layiq idi. Mən əvəzləmələr etməmişdən əvvəl onlar qapı dirəyinə zərbə vurdular. Birinci hissədə İranın qol vurmasına icazə verilmədik. Mən burada üzümü turşudaraq oturub bu oyunda heç nəyə layiq olduğumuzu söyləməyəcəyəm. Biz ümumiyyətlə, oyunda deyildik. Bir və ya iki futbolçunun problemi olarsa, bu yükü daşıya bilərsiniz. Lakin komandanın əksəriyyəti tam hazır olmayanda, təəssüf ki, yalnız bir nəticə olacaq.

Mən məyus oldum. Ona görə ki, son aylarda müəyyən etdiyimiz standartlardan xeyli aşağı düşmüşük. Mən hər oyundan əvvəl futbolçulara "Çıxın və hər gün bizə nə göstərdiyinizi dünyaya göstərin" demişəm. Bu məğlubiyyətə layiq idik".