"DH Volley" avrokubokda növbəti mərhələyə yüksəlib
- 19:48
- 26
Qadın voleybolçulardan ibarət "DH Volley" klubu debüt etdiyi avrokubokda növbəti mərhələyə vəsiqə qazanıb. "Rekord.az" xəbər verir ki, komandamız bu gün Bakıda "Challenge Cup" 1/32 final mərhələsində Danimarkanın "Holte" klubuna qarşı cavab oyununa çıxıb.
Görüş FHN-in idman zalında baş tutub. Cütün Danimarkada keçirilmiş ilk qarşılaşmasında 3:1 hesabı ilə qalib gəlmiş "DH Volley" doğma meydanda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, hər iki oyunda qalib gələn "DH Volley" klubu "Challenge Cup"da 1/16 final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, 1/16 finalda təmsilçimizin rəqibi Polşanın “ŁKS Commercecon Łódź” klubu olacaq.
"Challenge Cup"
1/32 final, cavab oyunu
5 noyabr
"DH Volley" - "Holte" 3:0 (26:24, 25:21, 25:14)