Azərbaycan şahmatçısı Read Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən rapid və blits üzrə gənclər arasında (U-20) dünya çempionatında bürünc medal qazanıb.


Bu barədə Rekord.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.


Ölkəni yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edir.


Rapid üzrə mübarizədə 9 turda 7 xal toplayan R.Səmədov üçüncü yeri tutub. O, liderdən yarım xal geri qalıb. Ş.Talıbov isə 6,5 xalla 8-ci olub.


Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır.


Bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.