"Şamaxı"nın futbolçusu Benin milli komandasına dəvət aldı
- 04 Noy 2026 23:00
- 35
"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb.
Bu barədə Rekord.az-a Premyer Liqa təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
22 yaşlı müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika Respublikası millisinə qarşı keçiriləcək oyunlar üçün Benin millisinin heyətinə çağırılıb.