“Sabah” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 4-cü turunda Norveçin “Vikinq” komandası ilə qarşılaşıb.

Səfərdə baş tutan görüşü niderlandlı hakimlər briqadası idarə edib. Matçın baş hakimi Sander van der Eyk olub. Beş qolluq görüşdə hesabı "Sabah" açıb. Amma qalan dəqiqələrdə bu qolun əvəzini artıqlaması ilə çıxan meydan sahibləri əzmkar qələbəyə seviniblər.

“Sabah” əvvəlki turlarda “Mançester Yunayted”ə 0:4, Dortmund “Borussiya”sına 1:2 hesabıyla uduzub, “Slaviya”nı 2:0 hesabıyla üstələyib. “Vikinq” isə əvvəlki turlarda “Aston Villa”ya (1:3), “Ştutqart”a (1:3) uduzub, “Bayern”lə 3:3 hesablı heç-heçə edib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur

4 noyabr

Vikinq – Sabah 4:1
Qollar: Erik Botheym, 27; 90+4. Zlatko Tripiç, 69. Henrik Falçener, 81 – Patrik Mbina, 11.
Qırmızı vərəqə: Eyden Makkarti, 78.
Baş hakim: Sander van der Eyk (Niderland).
“Vikinq” stadionu.

Vikinq: 1. Östbo, 5. Heqqheym, 6. Stensness, 25. Falçener, 28. K.Hauqen, 7. Askildsen, 29. Moi, 26. Kvia-Eqeskoq, 16. Byördal, 22. Botheym, 10. Tripiç (k).
Ehtiyat oyunçular: 30. Belko, 2. H.Hauqen, 3. Vevatne, 8. Bell, 11. Postema, 17. Bassey, 19. Çosiç, 20. Kristiansen, 23. Fuqlestad, 24. Auklend, 27. Daland, 33. Y.Hansen.
Baş məşqçi: Byarte Lunde Arşeym.
Sabah: 92. Stas Pokatilov (k), 4. Eyden Makkarti, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 6. Abdulla Xaybullayev, 21. Velko Simiç, 8. Kristian Nvaçukvu, 99. Patrik Mbina.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 10. Aleksey İsayev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 20. Coy Lens Mikels, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 37. Du Keyros, 88. Rodriqo Fernandes.
Baş məşqçi: Valdas Dambrauskas.