Saatlı rayonunda Gənclər və İdman Nazirliyinin "Səhər idmanı" layihəsi çərçivəsində Olimpiya İdman Kompleksində səhər idmanı həyata keçirilib.

Rekord.az xəbər verir ki, “Səhər idmanı”nın əsas məqsədi idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi, sağlam həyat tərzinin təbliğ olunması, eləcə də hər kəsin günə gümrah başlamasını təmin etməkdir.