"Neftçi"nin əcnəbi qapıçı axtarışında olmasına dair xəbərlər doğrudur.

Rekord.az-a da bununla bağlı məlumat daxil olub.

Məlumata görə, bir neçə namizəd üzərində seçim ediləcək. Əsas məsələ təbii ki, maliyyə ilə bağlıdır. Klub rəhbərliyi tələsik qərar vermək istəmir. Amma böyük ehtimalla yanvarda komandaya bir əcnəbi qapıçı qoşulacaq.