Azərbaycan Atletika Federasiyası seçim prosesi həyata keçirib
- 21:00
- 31
Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Suraxanı Atmalar Bazasında atma növləri üzrə seçim xarakterli sınaq keçirilib.
Rekord.az xəbər verir ki, sınaq zamanı idmançılar nizəatma, lövhəatma və çəkicatma növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Seçim prosesi 2027-ci ildə İstanbulda keçiriləcək komandalararası Avropa çempionatına, eləcə də digər nüfuzlu beynəlxalq yarışlara hazırlıq və idmançıların müəyyənləşdirilməsi məqsədi daşıyıb.