Voleybolçu kişilər arasında Azərbaycan çempionatında III tur start götürüb. "Rekord.az" xəbər verir ki, bu gün turun bir oyunu keçirilib.

GİN-in Voleybol Mərkəzində keçirilən qarşılaşmasında "AZERRAIL" və "ORDU" komandaları üz-üzə gəliblər. 3 set davam edən görüşdə "ORDU" komandası 3:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, turun növbəti oyunları noyabrın 6-da keçiriləcək. Həmin gün "Gənclər" - "Xilasedici" və "Murov Az Terminal" - "Neftçi" qarşılaşmaları baş tutacaq.


Super Liqa

III tur

   “AZERRAIL” - “ORDU” 0:3 (19:25, 18:25, 24:26)