Yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
- 15:40
- 52
Noyabrın 9-10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Turnirdə 71 klub və idman cəmiyyətindən 587 cüdoçu (483 oğlan, 104 qız) 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd kvotalar əsasında Azərbaycan birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.