Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində bu gün növbəti matçına çıxıb.


Rekord.az xəbər verir ki, yığmamız Çexiya ilə üz-üzə gəlib.


Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.


Azərbayca millisi bu rəqiblə keçirdiyi ilk görüşdə məğlub olmuşdu - 1:2. Komandamız növbəti matçını noyabrın 8-də Bakıda Latviya millisinə qarşı keçirəcək.