Əsas komandanın bacarmadığını əvəzedicilər elədi
- 11:22
- 39
Əvəzedicilər Liqasında 9-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, “Sumqayıt-2” səfərdə “Zirə-2” üzərində 2:1 hesablı qələbə qazanıb.
Komandanın qollarına Emil Həsənov və Nihad Orucəli imza atıb.
Maraq üçün deyək ki, "Sumqayıt"ın əsas komandası 6 ildir ki, "Zirə"ni məğlub edə bilmir.