UEFA Almaniyanın “Bavariya” klubunu cəzalandırıb.

Rekord.az xəbər verir ki, buna Münhen təmsilçisinin azarkeşlərinin London “Çelsi”si ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin səfər oyununda qeyri-etik davranışları səbəb olub. UEFA “Bavariya”nı azarkeşlərinə görə 40 min avro cərimələyib.

“Çelsi” – “Bavariya” matçı almanların 3:0 hesablı qələbəsiylə başa çatıb.