20 yaşadək voleybolçu qızlarımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcəklər. "Rekord.az" xəbər verir ki, 22-25 oktyabr 2026-cı il tarixlərində Gürcüstanın Rustavi şəhərində təşkil olunacaq yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstan milli komandaları mübarizə aparacaqlar.

Millimiz A qrupunda Polşa və Latviya yığmalarına qarşı çıxış edəcək. Digər qrupda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları yer alacaqlar.

Reqlamentə əsasən, qruplarda 1-ci yeri tutacaq komandalar (A1–B1) turnirin qalibini müəyyənləşdirmək üçün həlledici oyunda qarşılaşacaqlar. Qruplarda 2-ci və 3-cü yerləri tutacaq komandalar isə müvafiq olaraq A2-B2 və A3-B3 qarşılaşmalarında turnirdəki yekun sıralamalarını müəyyənləşdirəcəklər. A1-B1 qarşılaşmasının qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. 2, 3 və 4-cü yerləri tutacaq komandalar isə qitə çempionatının 2-ci təsnifat mərhələsində iştirak hüququ əldə edəcəklər.

U-20 Avropa çempionatının 1-ci təsnifat mərhələsi (EEVZA) (Gürcüstan, Rustavi)

A qrupu: Azərbaycan, Polşa, Latviya

B qrupu: Estoniya, Gürcüstan, Ermənistan, Ukrayna

23 oktyabr

15:30. Polşa – Azərbaycan

24 oktyabr

15:30. Latviya – Azərbaycan

25 oktyabr

12:00. A3 – B3

14:30. A2 – B2

17:00. A1 – B1

Oyun vaxtı yerli vaxtla göstərilib.