Fransa klubunda yeni baş məşqçi
- 14:30
- 25
"Lans”ın yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Liqa 1 təmsilçisini Didye Diqar çalışdıracaq.
40 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb.
Diqarın son iş yeri "Havr" olub. O, "Lans"da Yannik Kayuzakı əvəzləyib.