"Naxçıvan" növbəti qələbəsini qazanıb
- 19:13
- 25
Qadın voleybolçuların Super Liqasında növbəti qarşılaşma keçirilib. "Rekord.az" xəbər verir ki, Super Liqanın II turu çərçivəsində Gəncə şəhərini təmsil edən “Gəncə” komandası “Naxçıvan” klubu ilə üz-üzə gəlib.
Gəncə İdman Sarayında keçirilən oyun gərginliyi ilə yadda qalıb. 5 set davam edən matçda Naxçıvan təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, qadın voleybolçuların Super Liqasında növbəti oyun noyabrın 16-da keçiriləcək.
Super Liqa
14 noyabr
II tur
“Gəncə” - “Naxçıvan” 2:3 (29:27, 17:25, 9:25, 25:18, 8:15)