Azərbaycanın qadınlardan ibarət basketbol millisi İrlandiyaya qarşı oyunda müdafiədə çox zəif çıxış edib.


Rekord.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi İoannis Diamantakos deyib.


Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verən mütəxəssis Avropa çempionatının seçmə mərhələsində İrlandiyaya məğlub olduqları oyunu şərh edib:


"Təəssüf ki, müdafiədə çox zəif çıxış etdik və istədiyimiz səviyyədə oynaya bilmədik. Matçın yekun nəticəsində yaranan fərq məhz bu amillərlə bağlıdır. İlk növbədə, nəzərə almaq lazımdır ki, bu, 3 gün içində keçirdiyimiz ikinci qarşılaşma idi. Yorğunluq da hiss olunurdu. Komandamızda həm də beynəlxalq səviyyədə təcrübə çatışmazlığı özünü büruzə verdi. Düşünürəm ki, zamanla bu problemləri də aradan qaldıracağıq. Hal-hazırda bütün diqqətimizi İslandiya ilə oyuna yönəltmişik".


Xatırladaq ki, Azərbaycan - İrlandiya matçı rəqib komandanın 91:73 hesablı qələbəsi ilə bitib.