Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.


Rekord.az sözügedən qurumun qərarları ilə sizi də tanış edir:


“Alanyaspor Baku” Futbol Klubunun (U-13 Liqası) “Alanyaspor Baku” – “Step FK” oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair


1. “Alanyaspor Baku” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

2. 18.10.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilmiş “Alanyaspor Baku” – “Step FK” oyununda Alanyaspor Baku komandasının heyətində çıxış edən 10 nömrəli futbolçu Cəbrayıl Hüseynovun qarşılaşmanın 40-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmaması barədə AFFA İntizam Komitəsinin 20.10.2026-cı il tarixli qərarı dəyişdirilərək 2 (iki) oyunluq nəzərə alınsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

 

 

“Lion” Peşəkar Futbol Klubunun (Gənclər Liqası) “Lion PFK” – “Turan Tovuz FK” oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair


1. “Lion” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

2. 17.10.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilmiş Lion PFK – Turan Tovuz FK oyununda Lion PFK komandasının heyətində çıxış edən 10 nömrəli futbolçu Həsən Hüseynovun qarşılaşmanın 80-ci dəqiqəsində rəqib komandanın qapıçısını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 6 (altı) oyuna buraxılmaması, Lion PFK komandasının 1200 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 20.10.2026-cı il tarixli qərarı normanın düzgün tətbiq edilməmisənə görə ləğv edilsin və iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılsın.

3. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.

4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.