Azərbaycanın U-21 yığması bu gün yoldaşlıq oyununa çıxacaq.


Rekord.az xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv Omanın U-23 kollektivi ilə üz-üzə gələcək.


Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq görüşə saat 17:00-da start veriləcək.


Milli bu rəqiblə noyabrın 17-də ikinci dəfə qarşılaşacaq.