
“Turan Tovuz”dan “Çorum”la heç-heçə
- 19 İyl 2025 20:15
- 56
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi ilk sınaq matçında Türkiyənin 1-ci Liqa təmsilçisi “Çorum” ilə üz-üzə gəlib.
Bu görüşdə qalib müəyyənləşməyib – 1:1. Tovuzluların heyətində Roderik Miller fərqlənib.
“Çorum"da Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev çıxış edir.