
“Turan Tovuz”dan Belarus klubuna
- 25 İyl 2025 20:00
- 49
"Turan Tovuz"dan ayrılan İvan Konovalovun yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, rusiyalı qolkiper karyerasını Belarusda davam etdirəcək.
Konovalov "Dinamo" ilə anlaşıb. Bu barədə Minsk klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı "əlcək sahibi" ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Konovalov ötən mövsüm "Turan Tovuz"un heyətində 22 rəsmi matçda meydana çıxıb.