
“Turan Tovuz” Türkiyədə ilk məşqinə çıxdı
- 15:30
- 58
"Turan Tovuz" Türkiyədə keçirdiyi təlim-məşq toplanışında ilk məşqinə çıxıb.
Rekord.az xəbər verir ki, komanda hazırlıqların ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində məskunlaşıb.
Tovuz təmsilçisi iyulun 19-dək məşqlərini burada davam etdirəcək.
Türkiyə toplanışının növbəti mərhələsi 24 iyul – 6 avqust tarixləri arasında Boluda olacaq.