
“Turan Tovuz” “Çorum”la qarşılaşacaq
- 14 İyl 2025 14:45
- 47
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqiblərindən daha birinin adı məlum olub.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda iyulun 19-da Türkiyənin I Liqa təmsilçisi “Çorum” ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Çorum"da Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev çıxış edir.