İran çempionatının son qalibi "Traktor" klubu xorvatiyalı futbolçu transfer edib.


Rekord.az Təbriz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tibor Haliloviçlə iki illik müqavilə imzalanıb.


30 yaşlı yarımmüdafiəçi, müdafiədə də oynamaq bacarığına sahibdir.


"Dinamo"nun (Zaqreb) yetirməsi olan Haliloviç daha öncə Xorvatiyanın "Lokomotiva", "Riyeka", və "Qoritsa", Poloşanın "Visla" və Niderlandın "Herenven" klublarında çıxış edib.