Türkiyənin son çempionu "Trabzonspor" futbolçusu Berat Özdəmiri Səudiyyə Ərəbistanı klubuna satıb.

Rekord.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Ettifaq”a transfer olunub. 

Bu barədə "Trabzonspor"un mətbuat xidməti məlumat yayıb. Berat ərəblərə 2,5 milyon dollara transfer edilib. Növbəti satışda 2,5 milyon dolları aşan hissənin 15 faizi də Türkiyə təmsilçisinə ödəniləcək.

Qeyd edək ki, Berat Özdəmir ötən mövsüm "Trabzonspor" forması ilə 43 matçda iştirak edib. O, bu oyunlarda 1 qol vurub və 1 məhsuldar ötürmə edib, 4 dəfə sarı vərəqə alıb.