
TFF-dən Montella qərarı
- 13:40
- 42
Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Vinçenzo Montellanın müqaviləsini yeniləyəcək.
Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssislə imza mərasiminin iyunun 30-da keçiriləcəyi bildirilib.
Montella 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi təyin olunub. O, yığma ilə ümumilikdə 23 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 12 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə məğlub olub.